LAYİHƏLƏR - AYDIN TEXNOLOJİ İNNOVASİYALAR - Məhdud Məsuliyyətli Cəmiyyət

Məzmuna keçin
SİMSAR
Səma İdarəetmə və Monitorinq Stansiyası
“Simsar” və ya “Yer Nəzarət Stansiyası” gündəlik həyatımızın ayrılmaz bir parçasına çevrilən smart idarəetmə stansiyalarıdır. Hal-hazırda onlardan kənd təsərrüfatı, ictimai nəqliyyat, kosmik stansiyalar, hərbi, polis və bir çox sahələrdə müvəffəqiyyətlə istifadə olunur. Onlar icraat operatorlarına muxtar əməliyyat üçün parametrlər təyin etməklə və ya PUA-nın və ya hər hansı bir digər robotun birbaşa idarə edilməsinə icazə verməklə, ekipajsız daşıyıcı ilə əlaqə qurmağa və idarə etməyə imkan verən yerüstü aparat və proqram dəstləridir.

“Simsar” və ya “Yer Nəzarət Stansiyası” həqiqi bir daşınar kabinə kimi işləyən avadanlıq və proqram vahidi birləşən bir sistemdir. Təchizat pilotun əmrini alan və onları istənilən radioötürücü vasitəsi ilə ekipajsız daşıyıcıya göndərən bir joystick və ya digər elektron cihaz ola bilər. Proqram hər hansı bir ünsiyyət modulu vasitəsilə daşıyıcıdan telemetriya məlumatları toplayır və istifadəçi interfeysinə göstərir ki, operator daşıyıcının mövcud vəziyyətindən xəbərdar olsun.

Prototipin qabarit ölçüləri 800x1100x800 mm, çəkisi isə 12 kq təşkil edir. Panel 2 ədəd anten sistem və əməliyyat proqramı ilə təmin edilib. İdarəetmə panelinin məlumat ötürmə məsafəsi 30 km,  aktiv temperatur diapazonu isə (°C) -15 ~ +40c təşkil edir.

“Səma İdarəetmə və Monitorinq Stansiyası” ilə əldə edilə bilən üstünlüklər:

  • Pilotsuz uçuş aparatına və ya digər robotlara quraşdırılmış kamera vasitəsi ilə bütün prosesləri real zaman kəsimində mobil tətbiqetmə yükləyərək izlənilməsi;
  • Hərəkət edə bilən istənilən elektron obyektlə koordinasiyalı şəkildə çalışması.
CİLİNGİR
Kənd təsərrüfatı dronları
Kənd təsərrüfatı dronları bir çox sahələrdə müvəffəqiyyətlə istifadə olunur. Onlar əkin sahələrinin monitorinqini aparmaqla, qısa müddət ərzində məlumatlar toplayaraq, onu sistemləşdirməyə və proqnozlar verməyə imkan verir. Belə dronlardan biri də yerli istehsal olunan “Cilingir”-dir.

“Cilingir” əkin sahələrində üçölçülü xəritəçəkmə işlərini həyata keçirməklə:

  • Sahədə gübrənin bitki tərəfindən mənimsənilmə səviyyəsini müəyyən edə bilər;
  • Sahənin suvarılan və ya quraq qalan hissələrini təyin edə bilər;
  • Becərilən bitkilərin xəstəliklə sirayətlənmə səviyyəsini müəyyən edə bilər;
  • Sahənin ümumi mühafizəsini təşkil edə bilər;
  • Torpaq tədqiqatı və aqrotexniki tədbirləri daha dəqiq apara bilər;
  • Müşahidələrin aparılması üçün ayrılan zamana qənaət edə bilər;
  • Nəqliyyat vasitələrindən istifadəyə qənaət edə bilər. Prototipin qabarit ölçüləri 550x450x120 mm, maksimal sürəti 120 km/s və ya 33 m/s, çəkisi isə 2 kq təşkil edir. Dron 20 dəqiqə və ya 40 km uça və 500 m yüksələ bilir.
  • “Cilingir”-lə əldə edilə bilən üstünlüklər:
  • Drona quraşdırılmış kamera vasitəsi ilə bütün proseslərin real zaman kəsimində mobil tətbiqetmə yükləyərək izlənilməsi;
  • Yer idarəetmə stansiyası və obyektlərlə koordinasiyalı şəkildə çalışılması.
Simurq – A
Kənd təsərrüfatı sahəsində pilotsuz uçuş aparatları
Pilotsuz uçuş aparatları son 10 il ərzində kənd təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunur. Sıradan bir insanın əldə edə bilməyəcəyi bir texniki imkanlar hesabına müasir fermərlər müəyyən yüksəklikdən özlərinin kənd təsərrüfatı obyektlərinin fiziki vəziyyətini təhlil edə, həmin məkan haqqında distant olaraq qərar verə bilərlər. Belə uçuş aparatlarından biri də yerli istehsal olunan “Simurq - A”-dır.

“Simurq - A” müəyyən yüksəklikdən “səmadan baxış” rejimində:

  • Gedəcəkləri ərazilərin güvənlik səviyyəsini müəyyən edə bilər;
  • Sahənin otlaqlara və ya əkinə yararlı hissələrini təyin edə bilər;
  • Sahənin ümumi mühafizəsini təşkil edə bilər;
  • Sahələrə distant nəzarəti və müşahidəni təşkil edə bilər;
  • Müşahidələrin aparılması üçün ayrılan zamana qənaət edə bilər;
  • Nəqliyyat vasitələrindən istifadəyə qənaət edə bilər. Prototipin qabarit ölçüləri 1500x1000x180 mm, maksimal sürəti 120 km/s və ya 33 m/s, çəkisi isə 1,5 kq təşkil edir. Pilotsuz uçuş aparatı 20 dəqiqə və ya 40 km uça və 500 m yüksələ bilir.

“Simurq - A” ilə əldə edəcəyiniz üstünlüklər:

  • Pilotsuz uçuş aparatına quraşdırılmış kamera vasitəsi ilə bütün proseslərin real zaman kəsimində mobil tətbiqetmə yükləyərək izlənilə bilməsi;
  • Yer idarəetmə stansiyası və obyektlərlə koordinasiyalı şəkildə çalışması.
Dragon
Kənd təsərrüfatı robotları
“Dragon” kənd təsərrüfatı robotları istənilən yerdə hərəkət edə bilən, gücləndirilmiş sukeçirməz şassiyə malik olan, dördtəkərli elektromotorla işə salınan yolsuzluq robotudur.

O, fermerlərə müxtəlif işləri görərkən:

  • Mal-qaranın otarılması zamanı onlara nəzarət edərkən;
  • Onların sağlamlığını monitorinq edərkən (bədənin temperaturunun ölçülməsindən nəcis nümunələrinin götürülməsinədək);
  • Kənd təsərrüfatı sahələrini suvararkən;
  • Məhsul toplayarkən;
  • Sahələrin zərərvericilərə qarşı dərmanlayarkən;
  • Biokütlə sayını ölçərkən;
  • Cərgəarası alaqetmə edərkən kömək üçün nəzərdə tutulub.

Prototipin qabarit ölçüləri 1100x800x700 mm, maksimal sürəti 60 km/s və ya 16,5 m/s, çəkisi isə 25 kq təşkil edir.

“Dragon” ilə əldə edilə bilən üstünlüklər:

  • Verilən tapşırıqların distansion icrası;
  • Xüsusi alqoritmlərin dəstəyi ilə ərazi tanıma və elektronik müşahidə.

AutoSun
Aktiv hərəkət sensorlu günəş panelləri
“AutoSun” günəşin hərəkət mövqeyinə görə hərəkət edən, üzərinə günəş şüalarına həssas aktiv sensorlar yerləşdirilən, öz ətrafında 360° və şaquli istiqamətdə 60° fırlanan, həm  günəş işığından enerji əldə edən, həm də əldə olunan enerjinin bir qismini depolayan alternativ enerji qurğusudur. Prototipin qabarit ölçüləri 350x200x200 mm, çəkisi isə 3,6 kq təşkil edir. Qurğunun gündəlik depoladığı enerji 1000 Vatt təşkil edir. Bununla  da xırda məişət texnikalarını və əşyalarını çalışdırmaq mümkündür.
Qurğunun aktiv temperatur diapazonu isə (°C) -15 ~ +40c təşkil edir, buna görə də bir müddət aktiv rejimdə çalışır, bir müddətdən sonra yuxu rejiminə keçib, enerjini əlavə batareyalara yönəldir. Layihə hal-hazırda test və təkminləşmə mərhələsindədir.

“AutoSun” ilə əldə edilə bilən üstünlüklər:

  • Təhlükəsiz enerji təminatı;
  • Müddətsiz əlavə enerji qazancı.
Pətək
12-dən 220-yə
«Pətək» 12 voltdan 220 volta yüksəldən, enerji depolayan qurğudur. Qurğu həm müəssisələrdə, həm evlərdə istifadəyə yararlıdır. Qurğunun əsas vəzifəsi həm enerjini 1 nöqtədən alıb daha çox məhsula çatdırmaqdan, həm də enerjini bir müddətlik depolamaqdan ibarətdir. Prototipin qabarit ölçüləri 320x260x200 mm,  çəkisi isə 2,8 kq təşkil edir. Alternativ enerji qurğusunun gündəlik depoladığı enerji 1000 Vatt təşkil edir. Bununla da xırda məişət texnikalarını və əşyalarını çalışdırmaq mümkündür.

Layihənin hazırlanmasında məqsəd:
  • İnsanların enerjiyə olan tələbatlarının bir hissəsini qarşılayan mini elektrik stansiyaların istehsalı və satışıdır.

Layihənin əsas üstünlükləri:
  • Standart enerji təminatı ilə müqayisədə xərcləri 2 dəfə azaltmaq;
  • Daha təhlükəsiz enerji qazandırmaq.

Əsas funksiyaları:
  • Təhlükəsiz enerji təminatı;
  • Qısa müddətli əlavə enerji qazancı.
PƏRVANƏ
Avtomobillər üçün alternativ enerji qurğusu
«Smart pərvanə» avtomobillərin aerodinamik quruluşundan enerji depolayan alternativ enerji qurğusudur. Qurğu həm elektrikli avtomobillərdə, həm də ənənəvi yanacaqla çalışan avtomobillərdə istifadəyə yararlıdır.
Qurğunun əsas vəzifəsi həm avtomobil hərəkətdə ikən turbinlərdən sıxlaşıb keçən enerjini yerində istifadə etməkdən,   həm də yaranan əlavə enerjini bir müddətlik depolamaqdan ibarətdir. Prototipin qabarit ölçüləri 600x110x110 mm, çəkisi isə 2 kq təşkil edir. Qurğunun gündəlik depoladığı enerji 300 Vatt təşkil edir.

Layihənin hazırlanmasında məqsəd:
  • Avtomobillərin enerji sərfiyyatının bir hissəsini qarşılayan mini elektrik stansiyaların istehsalı və satışıdır.

Layihənin əsas üstünlükləri:
  • Standart enerji təminatı ilə müqayisədə xərcləri 30% azaltmaq;
  • Daha təhlükəsiz enerji qazandırmaq.

Əsas funksiyaları:
  • Təhlükəsiz enerji təminatı;
  • Qısa müddətli əlavə enerji qazancı.

SMART-HOME
Mənzillərin distansion idarəetmə qurğusu
«Smart Home» mənzillərin distansion idarəetmə qurğusudur. Onun vasitəsi ilə insanlar distansion olaraq dünyanın istənilən yerindən öz mənzillərini izləyə və ya müxtəlif məişət texnikalarını, qurğularını və avadanlıqlarını idarə edə bilərlər.
Qurğu həm yeni inşa olunan, həm də ənənəvi binalarda istifadəyə yararlıdır. Qurğunun əsas vəzifəsi distansion idarəetməni asanlaşdırmaqdır. Prototipin qabarit ölçüləri 650x600x300 mm, çəkisi isə 2,8 kq təşkil edir.

Layihənin hazırlanmasında məqsəd:
  • İnsanların distansion idarəetməsini asanlaşdıran qurğuların istehsalı və satışıdır.

Layihənin əsas üstünlükləri:
  • Distansion idarəetmənin təmin edilməsi;
  • Təmassız idarəetmənin təmin edilməsi.

Əsas funksiyaları:
  • Mənzillərin təhlükəsizliyinin təmin edilməsi;
  • Smart idarəetməyə keçidin təmin edilməsi.


Floral Team
Təmassız kənd təsərrüfatı qurğusu
“Floral Team” bitkilərin dondan qorunduğu, bütün il boyu meyvə verə biləcəyi əsl köməkçi bağbandır. Bütün proseslərin avtomatlaşdırıldığı belə bir məkanda bir insanın gündəlik işlərə vaxt sərf etməsi lazım deyil. Bu istixana kompleksləri cəmi 1 nəfər operatorun idarəetməsi ilə, insan müdaxiləsi olmadan bitki yetişdirilə bilinəcək və bu sahədə təmassız bir çox şey ediləcək bir məkandır.

Təmassız kənd təsərrüfatı sistemlərinin əsas funksiyalarının siyahısı:

  • İstixananın daxilində formalaşdırılan orta temperatur ilə yayım rejimi avtomatik olaraq işə düşür, buna görə də tərəvəz, meyvə və giləmeyvə belə şəraitdə solmur;
  • Bitkilər adətən eyni zamanda suvarılır, damla suvarma sistemi avtomatlaşdırılır və idarə edilməsi hər hansısa bir sıradan təcrübəsiz vətəndaş üçün də asan olur;
  • Mütəmadi qulluq sahəsində torpaq qatı müəyyən müddətdən sonra bərpa olunur və seçilmiş bitki çeşidini böyütmək üçün daha uyğun vəziyyətə gəlir.

“Floral Team” ilə əldə edilə bilən üstünlüklər:

  • Təhlükəsiz və etibarlı bitki yetişdirmənin təminatı;
  • Əlavə maliyyə, zaman və digər itkilərin qarşısının alınması.


AVTOMATİK SUVARMA SİSTEMLƏRİ
Təmassız kənd təsərrüfatı qurğusu
«Avtomatik suvarma sistemləri» kənd təsərrüfatı sahəsində istifadə olunan avtomatik suvarma sistemləridir. Smart sistem insan nəzarəti olmadan bitkilərin avtomatik suvarmasını həyata keçirir. Onun vasitəsi ilə distansion olaraq dünyanın istənilən yerindən əkin sahələrini izləyə  və ya müxtəlif texnikaları, qurğuları və avadanlıqları idarə edə bilərsiz. Qurğu həm yeni inşa olunan, həm də ənənəvi suvarma sahələrində istifadəyə yararlıdır. Qurğunun əsas vəzifəsi distansion idarəetməni asanlaşdırmaqdır. Prototipin qabarit ölçüləri 180x120x130 mm, çəkisi isə 0,6 kq təşkil edir.

Layihənin hazırlanmasında məqsəd:
  • Kənd təsərrüfatı sahəsində distansion idarəetməni asanlaşdıran qurğuların istehsalı və satışıdır.

Layihənin əsas üstünlükləri:
  • Distansion idarəetmənin təmin edilməsi;
  • Təmassız idarəetmənin təmin edilməsi.

Əsas funksiyaları:
  • İstixanaların təhlükəsizliyinin təmin edilməsi;
  • Smart idarəetməyə keçidin təmin edilməsi.


ANTİ-COVİD DEZİNFEKSİYA
Təmassız dezinfeksiya qurğusu
«Anti-Covid dezinfeksiya» müxtəlif viruslarla mübarizədə yararlı təmassız dezinfeksiya qurğusudur. Onun vasitəsi ilə insanlar qapalı bir məkana daxil olarkən təmassız olaraq əllərini dezinfeksiya edə bilərlər.
Qurğu mənzillərdə, alış-veriş mərkəzlərində, müəssisələrdə, tibb olacaqlarında, dayanacaqlarda və insanların sıx toplaşdığı digər ərazilərdə istifadəyə yararlıdır. Qurğunun əsas vəzifəsi virusla mübarizəni asanlaşdırmaqdır. Prototipin qabarit ölçüləri 400x250x120 mm, çəkisi isə 1,2 kq təşkil edir.

Layihənin hazırlanmasında məqsəd:
  • Müxtəlif növ viruslarla mübarizədə yararlı təmassız dezinfeksiya qurğusunun istehsalı və satışıdır.

Layihənin əsas üstünlükləri:
  • Distansion dezinfeksiya;
  • Təmassız dezinfeksiya.

Əsas funksiyaları:
  • Virus təhlükəsizliyinin təmin edilməsi;
  • Smart idarəetməyə keçidin təmin edilməsi.


MƏİŞƏT TULLANTILARININ SMART QUTUSU
Məişət atıqlarının təmassız depolanma qutusu
«Məişət atıqlarının smart qutusu» məişət atıqlarının təmassız depolama qutusudur. Smart sistem vasitəsi ilə insanlar qutuya yaxınlaşarkən qapaqlar təmas etmədən açılır və bununla da insanlar bir çox xəstəliklərin yayılmasının qarşısını alır.
Smart qutu mənzillərdə, alış-veriş mərkəzlərində, müəssisələrdə, dayanacaqlarda və insanların sıx toplaşdığı digər ərazilərdə istifadəyə yararlıdır. Prototipin qabarit ölçüləri 650x400x400 mm, çəkisi isə 3,6 kq təşkil edir.

Layihənin hazırlanmasında məqsəd:
  • Müxtəlif məişət atıqlarının təmassız depolama qutusunun istehsalı və satışıdır.

Layihənin əsas üstünlükləri:
  • Distansion və təmassız idarəetmənin təmin edilməsi;

Əsas funksiyaları:
  • Atıq viruslarının yoluxma təhlükəsizliyinin təmin edilməsi;
  • Smart idarəetməyə keçidin təmin edilməsi.



Hazırlanmaq üzrə olan digər prototiplər
İnkubator
Təhlükəsizlik sistemi
Generator
Mina axtaran alət
Əşya axtarış cihazı
Raketin idarə etmə sistemi
SKY ANGELS
1 nəfərlik uçan taksilər
SMART-STEP
Avtomobil yollarına quraşdırılacaq alternativ enerji qurğusu
© Ayti.az
© Ayti.az
Hazırlanıb
Ayvus.com
Məqaləyə qayıt